...

2012-ci ildə Azərbaycanda pensiya-sığorta sisteminin avtomatlaşdırılması tam başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 14:21 (UTC +04:00)
2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin avtomatlaşdırılması tam başa çatdırılacaq.
2012-ci ildə Azərbaycanda pensiya-sığorta sisteminin avtomatlaşdırılması tam başa çatacaq

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir H.Vəliyev/

2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətinin avtomatlaşdırılması tam başa çatdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü hesabatlılıq və icbari sosial sığorta ödənişləri üzrə yeni elektron sistemin təqdimatı zamanı DSMF rəhbəri Səlim Müslümov deyib.

"Hesabatlılıq və icbari sosial sığorta ödənişləri üzrə yeni elektron sistemin tətbiqi sığorta edilən şəxslərin fərdi elektron hesablarının formalaşdırılmasına imkan verəcək", - Müslümov bildirib.

Bu gün DSMF-nin personal uçot sistemində 1,93 milyon sığorta edilmiş şəxs qeydiyyata alınıb.

"Sığortaçılar tərəfindən ödənən dövlət sosial sığorta ayırmaları haqqında məlumatların düzgün təqdim olunması pensiyaların gələcək təyinində mühüm rol oynayır", - Müslümov deyib.

2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında 2013-2015-ci illərdə avtomatlaşdırılmış sistemlərin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti