...

Azərbaycanın su operatoru ilə Koreya hökuməti arasında Qrant sazişi imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 18:43 (UTC +04:00)
Azərbaycanın su operatoru ilə Koreya hökuməti arasında Qrant sazişi imzalanıb.
Azərbaycanın su operatoru ilə Koreya hökuməti arasında Qrant sazişi imzalanıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın su operatoru "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında "Abşeron yarımadasının su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması"na dair Qrant sazişi imzalanıb.

ASC-dən cümə günü Trend-ə verilən məlumata görə, sənədi Azərbaycan hökuməti adından "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Koreya Respublikası adından isə səfir Li Ci Ha imzalayıb.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Abşeron yarmadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və "Azərsu" ASC ümumi həll layihəsi barədə razılığa gəliblər. Layihənin maliyyələşdirilməsi üçün Koreya hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq.

Kürdəxanıda su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2011-2013-cü illərdə həyata keçiriləcək. Koreya tərəfinin ayırdığı qrant hesabına 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 km uzunluğunda müxtəlif diametrli su, 24,8 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Eyni zamanda, yerli mütəxəssislərin Cənubi Koreyada təlim proqramlarında iştirakı nəzərdə tutulur.

Koreya Respublikasının ölkəmizdəki səfiri Li Ci Ha Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yeniqənq urulması ilə əhalinin sosial-məişət şəraitinin, Abşeron yarımadasında ekoloji vəzyyətin yaxşılaşcağını bildirib. Səfir bu sazişin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti