...

ARDNŞ-ın Türkiyədə neft emalı zavodunun təməlqoyma mərasimi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 15:11 (UTC +04:00)
Bu gün Türkiyənin İzmir şəhərində "Petkim" neft-kimya kompleksini xammalla təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) şəriki olduğu yeni neft emalı zavodunun (NEZ) təntənəli təməlqoyma mərasimi keçirilib.
ARDNŞ-ın Türkiyədə neft emalı zavodunun təməlqoyma mərasimi keçirilib

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir A.Tağıyeva, E.İsmayılov/

Bu gün Türkiyənin İzmir şəhərində "Petkim" neft-kimya kompleksini xammalla təmin etmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) şəriki olduğu yeni neft emalı zavodunun (NEZ) təntənəli təməlqoyma mərasimi keçirilib.

"Petkim" iri neft-kimya kompleksindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan təməlqoyma mərasimində iştirak edib.

ARDNŞ-nin 75 faizlik iştirak payına malik olduğu "SOCAR-Turcas" Birgə Müəssisəsi Türkiyənin "Petkim" iri neft-kimya kompleksinin səhmlərinin 51 faizinə sahibdir. Yeni NEZ ilk növbədə, bu kompleksin xammalla təmin olunmasına istiqamətlənib.

Yeni neft emalı zavodunun dəyəri 5,5 milyard dollar, ümumi gücü 10 milyon ton təşkil edəcək, zavodda istehsal edilən neft məhsulları "Petkim"in və Türkiyənin daxili bazarının, eləcə də Aralıq dənizi regionu ölkələrinin tələbatlarının ödənilməsinə yönəldiləcək.

ARDNŞ tərəfindən Türkiyədə yeni neft emalı zavodunun tikintisinə qoyulan sərmayə bu ölkədə bir layihəyə yatırılan ən iri özəl investisiya olacaq.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti