...

Azərbaycanın magistral yolların tikintisi üzrə təcrübəsi Rusiyada tətbiq edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2011 15:23 (UTC +04:00)
Azərbaycanın magistral yolların tikintisi üzrə təcrübəsi Rusiyada tətbiq edilə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Rusiyanın Hesablama Palatasının sədri Sergey Stepaşin deyib.
Azərbaycanın magistral yolların tikintisi üzrə təcrübəsi Rusiyada tətbiq edilə bilər

Azərbaycan, Bakı, 2 noyabr /Trend müxbir A. Axundov/

Azərbaycanın magistral yolların tikintisi üzrə təcrübəsi Rusiyada tətbiq edilə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Rusiyanın Hesablama Palatasının sədri Sergey Stepaşin deyib.

"Azərbaycanlı həmkarların iştirakı ilə Rusiyada yolların tikintisi ilə bağlı RF və Azərbaycan arasında ciddi saziş hazırlanır. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla keçirdiyim görüşdə danışılıb", - Stepaşin deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə iki ölkənin nəqliyyat nazirlərinin görüşü gözlənilir. Görüşdə bu məsələlər müzakirə ediləcək.

"Avtobanların tikintisi baxımından Azərbaycanda baxmağa bir şey var. Onlar keçmiş sovet məkanında ən yaxşılarından biridir", - Stepaşin deyib.

Xəbər lenti

Xəbər lenti