...

Azərbaycanda ipoteka istiqrazlarına tələb təklifi iki dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2011 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir N.İsmayılova/

Bu gün baş tutan sonuncu hərracda Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazlarına tələb təklifi iki dəfədən çox üstələyib. Trend-in məlumatına görə, bu barədə Fondun bazar ertəsi yaydığı məlumatda deyilir.

Bakı Fond Birjasında AİF-in faizli, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 4 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 6,34 milyon manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib. İstiqrazlar cari qiymətlə satışa çıxarılıb.

İstiqrazların ödənilmə müddəti 2018-ci il avqustun 28-nə müəyyənləşdirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən sentybrda AİF-in faizli, təmin edilmiş istiqrazlarının emissiya prospekti qeydə alınıb. Emissiyanın ümumi həcmi 20 milyon manat təşkil edib. Bu günədək bu həcmdən 14 milyon manat istiqraz yerləşdirilib. Emissiya çərşivəsində nominal dəyəri min manat olan 20 min istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti 2520 gündür. Emissiya açıq yerləşdirmə yolu ilə həyata keçiriləcək.

AİF indiyə qədər üç emissiya - 55 və 60 milyon manat dəyərində təmin edilmiş istiqrazlar və 75 milyon manat dəyərində təmin edilməmiş istiqrazlar yerləşdirib.

Noyabrın 28-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti