...

Azərbaycanın poçt operatoru MasterCard Int–in prinsipial üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2011 14:32 (UTC +04:00)
"Azərpoçt" MMC "MasterCard Int." beynəlxalq kart təşkilatının prinsipal üzvlüyünə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə "Milli Kart" MMC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanın poçt operatoru MasterCard Int–in prinsipial üzvü olub

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir N.İsmayılova/

"Azərpoçt" MMC "MasterCard Int." beynəlxalq kart təşkilatının prinsipal üzvlüyünə qəbul edilib. Trend-in məlumatına görə, bu barədə "Milli Kart" MMC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Hazırda "Azərpoçt" MMC "MasterCard Int." beynəlxalq kart təşkilatında kartların emissiyası, həmçinin "ATM ekvayrinq"i üzrə sertifikasiya layihələrinə başlayıb", - məlumatda deyilir.

Məlumata görə, "Expressbank" ASC "MasterCard Int." beynəlxalq kart təşkilatında "MChip (çip) kartların emissiyası", həmçinin "MChip ATM ekvayrinq"i üzrə sertifikasiya layihələrinə başlayıb.

"MilliKart" MMC-də xidmət olunan "Dəmirbank" ASC "VISA Inc." beynəlxalq kart təşkilatında VISA Platinum və VISA Business kartları üzrə "VSDC (çip) kartların emissiya" olunmasına dair sertifikasiya layihəsini başlayıb.

Bu gün "Milli Kart" MMC-də 200-dən artıq bankomatın, 2000 Pos-terminalın və 170 000-dən artıq kartın buraxıldığı 12 banka xidmət göstərilir.

"Milli Kart" MMC 2006-cı il iyulun 14-də ölkənin 18 bankı tərəfindən Azərbaycan Mərkəzi Bankının kart ödənişləri üzrə prosessinq mərkəzinin alınmasından sonra yaradılıb. "MilliKart" MMC-nin nizamnamə kapitalı 5 milyon manat təşkil edir.
Mərkəzin təsisçiləri bunlardır: AtaBank, DəmirBank, AzərTürkBank, Bank of Baku, Azərbaycan Sənaye Bankı, DebutBank, AmrahBank, Xalq Bank, Credo Bank, AccessBank, ParaBank, RabitaBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bank.

Xəbər lenti

Xəbər lenti