...

Bakıda 2500-dən çox pirat disk məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2011 15:47 (UTC +04:00)
Bakıda 2500-dən çox pirat disk məhv edilib.
Bakıda 2500-dən çox pirat disk məhv edilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Bakıda 2500-dən çox pirat disk məhv edilib.

İqtisadi İnkişaf Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Polad Quliyevə, Eldar Allahverdiyevə, Vladimir Mixaylova, Mehman Novruzova və Rauf Nəcəfova məxsus mağazalarda aşkar edilmiş pirat CD və DVD-nin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkarlara icrası məcburi göstəriş verilmişdi.

Bununla əlaqədar olaraq, bu mağazalardan satışdan çıxarılmış 2590 ədəd pirat CD və DVD qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Xəbər lenti

Xəbər lenti