...

Azərbaycanın sığorta şirkəti "Atəşgah" 15 yaşını qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2011 16:06 (UTC +04:00)
2011-ci iln dekabrında "Atəşgah" sığorta şirkəti (SŞ) 15 yaşını qeyd edib.
Azərbaycanın sığorta şirkəti "Atəşgah" 15 yaşını qeyd edib

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

2011-ci iln dekabrında "Atəşgah" sığorta şirkəti (SŞ) 15 yaşını qeyd edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, 1996-cı ilin dekabrında təsis edilən "Atəşgah" SŞ demək olar ki, Azərbaycan biznesinin pioneri olub.

Hazırda "Atəşgah" ASC Azərbaycanda ilk həyat sığortası şirkəti olan "Atəşgah Həyat" ASC və "İntermed" tibb klinikası da daxil olmaqla, "Atəşgah" Sığorta Qrupuna aiddir.

1998-ci ildə cəmi 15 nəfər əməkdaşı olan şirkətin hazırda təqribən 250 əməkdaşı var. Şirkət üzrə əməkdaşların orta yaş həddi 30 yaş təşkil edır. Şirkət Bakıda 8, Azərbaycan regionlarında isə 9 ofis açıb.

Əgər 1997-ci ildə şirkətin sığorta haqları 757 min manat, ödənişləri 16 min manat təşkil edirdisə, 2011-ci ilin yanvar-noyabr ayları üzrə bu göstəricilər müvafiq olaraq 15 milyon manat və 5 milyon manat məbləğini ötüb.

"Atəşgah" SŞ ilk dövrlərdə daha çox korporativ seqment çərçivəsində inkişaf edən bir şirkət kimi fəaliyyət göstərirdi. Bu gün isə "Atəşgah" həm hüquqi, həm də fiziki şəxslərə yüksək keyfiyyətli xidmətlər göstərən universal sığortaçı kimi çıxış edir.

Biznes proseslərin müntəzəm surətdə təkmilləşdirilməsi, eləcə də əməkdaşların peşə təcrübəsinin artırılması "Atəşgah" şirkətinin rəhbərliyi üçün prioritet vəzifələrdəndir.

Şirkət göstərdiyi xidmətlərin yaxşılaşdırılması məqsədilə informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirir. Belə ki, "Atəşgah" şirkətində sığorta uçotu və sənəd dövriyyəsi üçün ən qabaqcıl informasiya sistemi tətbiq edilib və bu da öz növbəsində, əməliyyat proseslərinin keyfiyyət baxımından yeni texnoloji səviyyədə olması üçün güclü zəmin yaradır. Şirkətdə, həmçinin, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə daxil olan telefon zənglərinin gecə-gündüz qəbulu və icrası sistemi tətbiq edilib.

15 illik konsepsiyası çərçivəsində, şirkət öz loqotipini "Atəşgah"ın irəliyə doğru hərəkətini tərənnüm edən "Al yelkənlər"lə bəzəyib. Bu il şirkət unikal tarixi abidə olan "Atəşgah" od məbədini və Azərbaycanda ilk dəfə olaraq "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın simasını sığortalayıb, Motor Bürosu vasitəsilə onlayn rejimində ilk icbari sığorta polisinin buraxılışını həyata keçirib.

"Atəşgah" SŞ bundan sonra da novator və Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri olmaq niyyətindədir.

Dekabrın 21-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti