...

Azərbaycanda mənzil tikintisinin investisiyalaşdırılmasının yeni mexanizmi qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2012 11:57 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi qaydalarını təsdiqləyib.
Azərbaycanda mənzil tikintisinin investisiyalaşdırılmasının yeni mexanizmi qəbul edilib

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi qaydalarını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə komitənin cümə axşamı yaydığı məlumatda deyilir. Qaydalar artıq Hüquqi Aktların Dövlət Reyestrində uçota alınıb.

Həmin qaydalar Azərbaycanda mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilmə mexanizmini müəyyən edir.

Yeni Qaydalar qiymətli kağızlar vasitəsilə tikinti sektorunun effektiv maliyyələşdirilməsi sisteminin yaradılması, bazar iştirakçılarının risklərinin azaldılması və maksimal şəffaflığa nail olaraq investorların hüquqlarının qorunmasını təmin edəcək.

Bundan əlavə, təklif edilən mexanizm qiymətli kağızlar bazarından tikinti sektoruna vasaitlərin cəlb edilməsinə, investorlara mənzil sertifikatların emitenti barədə ətraflı məlumatın təqdim edilməsi və tikintinin gedişatı haqqında məlumatlarının açıqlanmasının təmin edilməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti