...

Azərbaycanın qərb bölgəsinin inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2012 15:22 (UTC +04:00)
ahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda prioritet sahələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib.
Azərbaycanın qərb bölgəsinin inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qazax rayonunda prioritet sahələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliy yaydığı məlumatda deyilir.

Dekabrın 28-də Qazax rayonunun I Şıxlı kəndində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə danışıqlar aparılıb. Nəticədə rayonun iqtisadi inkişafı üçün aşağıdakı prioritet istiqamətlər müəyyən edilib:

- kartof və soğanın saxlanılması üçün müasir soyuducu anbar kompleksinin yaradılması;
- müasir üzüm emalı müəssisəsinin yaradılması;
- intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən SKMF-in müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu elan edilib.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti