...

2011-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 12:02 (UTC +04:00)
2011-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub ki, bunun 13 milyard dolları daxili sərmayələrin payına düşür.
2011-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir N.İsmayılova /

2011-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub ki, bunun 13 milyard dolları daxili sərmayələrin payına düşür. Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

"İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşüb. Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub", - nazir bildirib.

Mustafayevin sözlərinə görə, 2011-ci ildə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində nəqliyyat, enerji, telekommunikasiya, kənd təsərrüfatı, sosial təminat və digər sahələrin inkişafı üzrə dəyəri 1,7 milyard dollar olan 11 kredit sazişi imzalanıb.

"İnvestisiya imkanlarının araşdırılması məqsədi ilə Balkan ölkələrinə və Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfər edilib. Bu səfərlər çərçivəsində yaradılmış əlaqələr milli şirkətlərin xarici ölkələrdə fəal investisiya yatırımlarının həyata keçirilməsi imkanlarını genişləndirəcək", - Mustafayev deyib.

Xəbər lenti

Xəbər lenti