...

SKAL Bakı klubunun yubiley iclası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 16:07 (UTC +04:00)
SKAL Bakı klubunun 2011-ci ilin nəticələri ilə bağlı 10-cu yubiley iclası ölkənin turizm sahəsinin bütün oyunçularını (turoperatorlar, hotelçilər, nəqliyyatçılar, bələdçilər) təmsil edən rekord sayda iştirakçı toplayıb.
SKAL Bakı klubunun yubiley iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

SKAL Bakı klubunun 2011-ci ilin nəticələri ilə bağlı 10-cu yubiley iclası ölkənin turizm sahəsinin bütün oyunçularını (turoperatorlar, hotelçilər, nəqliyyatçılar, bələdçilər) təmsil edən rekord sayda iştirakçı toplayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MILLENNIUM TOURISM & CONGRESS şirkətinin yaydığı məlumatda deyilir.

İclasda, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Turizm Assosiasiyası, Turizm İnstitutu və turizmin inkişafı ilə bağlı məlumatların işıq üzü görməsində yaxından yardımçı olan KİV nümayəndələri iştirak ediblər.

Yekun məruzə ilə çıxış edən klubun prezidenti Ruslan Quliyev MDB məkanında yeganə SKAL klubun 2011-ci ildəki fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib.

"Ən əsası, "Skal International"ın SKAL himayəsi altında keçirilən beynəlxalq forumlarda Azərbaycanın turizm potensialı ilə bağlı təbiğatıdır. "SKAL International" ümumdünya konfranslarında, təşkilatın baş məclisində, B2B "workshop"larında, bütün dünyanın turizm peşəkarlarını toplayan və ən mühüm mükafatlardan sayılan "Skalite Awards" və başqa mühüm tədbirlərdə "dostlar arasında biznes qur" (Doing Business among Friends) adı altında Azərbaycanın maraqlı, yeni turizm istiqaməti kimi tanınmasında yardımçı olub", - Quliyev bildirib.

Onun sözlərinə görə, Turkuda keçirilən Ümumdünya Konqresində "SKAL International"ın prezidenti Enrike Kesada (Enrique Quesada) və təşkilatın icraiyyə komitəsinin üzvləri tanıtma və turizm infrostrukturu ilə tanış olma məqsədilə Azərbaycana dəvət edilib. Həmçinin, bu il keçiriləcək AİTF-2012 turizm sərgisinə SKAL Türkiyənin nümayəndələrinin gəlməyi planlaşdırılır.

"Ölkə daxilində "Skal International Baku" kadrların yetişdirilməsində, turizmdə peşəkar işçilərin səviyyəsinin artmasında böyük işlər görür. Burada klub nümayəndələrinin Turizm İnstitutunun tələbələri qarşısında periodik çıxışlarını, hər gün Bakı Şəhər Turunda (Baku City Tour) "bələdçi və ekskursavod işlərinin əsası" adlı açıq dərslər, Quba rayonunda tələbə və şagird kollektivləri ilə keçirilən seminar-praktikalar, müxtəlif infoturların təşkili, Mədəniyyət və Turizm Nazirliyinin "Turizm ili" elan edildikdən sonra "Azərbaycana yeni turizm marşrutlar kəşf edək" adı altında Gədəbəy, Lənkaran, Oğuz, Xaçmaz, Mingəçevir rayonlarında seminar-konfraslarını qeyd etmək olar. Bu fəaaliyyətinə görə SKAL Bakı klubu 2011-ci ildə Azərbaycanda "Turizmdə təlim sahəsinə verdiyi töhfələrə görə" nominasiyasında Milli Turizm mükafatına layiq görülüb", - Quliyev deyib.

Sonra iclasda çıxış edən Turizm Departamentinin müavini Mahir Qəhrəmanov, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan üzrə koordinatoru Faiq Qürbətov, "Gilan" turizm şirkətinin baş koordinatoru Halil Duru, Turizmə Dəstək Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Alıyev "Turiz ili"nin elan olunmasının Azərbaycanda rolu, bütün turizm qüvvələrinin birləşməsi və "Eurovision 2012" yarışmasında iştirakçılara və qonaqlara yüksək səviyyədə xidmətin təşkil olunmasından, "SKAL International Baku"nun 2012-ci ildə fəaliyyətindən danışıblar.

Tədbirin sonunda yeni üzvlərə kartların verilməsi və 2011-ci ildə Skal Bakı klubunun tədbirlərini işıqlandıran bütün KİV nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti