...

Bakıda taksilərə veriləcək lisenziyaların sayı məhdud olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 17:41 (UTC +04:00)
Bakıda taksi qismində işləmək üçün verilən lisenziyanı beş minədək sürücü alacaq.
Bakıda taksilərə veriləcək lisenziyaların sayı məhdud olacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.İsmayılov/

Bakıda taksi qismində işləmək üçün verilən lisenziyanı beş minədək sürücü alacaq. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

"Heç nəyə baxmayaraq, Bakı küçələrində işləmək üçün lisenziyanı beş mindən artıq olmayan sürücü alacaq", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, bir müddət əvvəl lisenziyanın istehsal tarixi beş ildən çox olmayan xarici istehsallı (MDB ölkələri istisna olmaqla, xüsusilə RF istehsallı avtomobillər) avtomobillərə verilə biləcəyi nəzərdə tutulurdu. İndi isə avtomobil istehsalının tarixi üzrə məhdudiyyət ləğv edilib, lakin bu, avtomobilin istehsal edildiyi yerin şəraitinə aid deyil. Yəni, məsələn, Rusiyada istehsal edilən avtomobillər istehsal tarixinə baxmayaraq, taksi qismində istifadə edilə bilməz.

"Bu qərar daha gec istehsal olunan avtomobillərin texniki səviyyəsinin yüksək olmasından çıxış edilərək qəbul olunub. Çünki onların da lisenziya almaq hüququ var. Lakin bu, əvvəllər olduğu kimi, MDB məkanında istehsal edilən avtomobillərə aid deyil", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti