...

Azərbaycanda yeni "Facebook məsləhətxana" xidməti istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 13:42 (UTC +04:00)
Facebook populyar sosial şəbəkəsinin yeni xidmətini Azərbaycanda ilk dəfə Bank Standard tətbiq edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda yeni "Facebook məsləhətxana" xidməti istifadəyə verilib

Azərbaycan, Bakı, 27 yanvar / Trend/

Facebook populyar sosial şəbəkəsinin yeni xidmətini Azərbaycanda ilk dəfə Bank Standard tətbiq edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"Facebook məsləhətxana" xidməti "Facebook" şəbəkəsinin aktiv istifadəçiləri olan "Bank Standard" müştərilərinə dünyanın istənilən nöqtəsindən və istədikləri vaxt bankla əlaqə yaratmağa imkan verən rahat əlaqə kanalıdır.

Bankın www.facebook.com/BankStandard.KB səhifəsinə daxil olan müştəriyə bankla əlaqə yaratmaq üçün "Online Consultant 24/7" bölməsinə keçmək təklif olunur. Burada o, onu maraqlandıran sualı verə və bank əməkdaşlarından real zaman rejimində ani olaraq cavab ala bilər.

Bunun üçün elektron ünvanı qeyd edib sualı yazmaq, daha sonra isə "Göndər" düyməsini sıxmaq lazımdır. Bütün yazışma arxivləşdiriləcək və müştəri orada onu maraqlandıran məlumatla tanış ola biləcək. "Yazışmanı bitir və transkripti poçtla al" linkinə basmaqla müştəri məsləhəti qiymətləndirmə səhifəsinə keçəcək və avtomatik olaraq yazışmanı öz poçt ünvanına alacaq.

Yazışma yalnız müştəri ilə bank əməkdaşı arasında gedir və digər istifadəçilər onu görmür. Bank müştərilərə bu yazışmaların məxfiliyinə zəmanət verir.

Qeyd edək ki, "Bank Standard"ın müştəriləri əlaqə üçün yeni xidmətlə yanaşı bankın rəsmi www.bankstandard.com səhifəsi və gecə-gündüz fəaliyyət göstərən 158 nömrəli telefon xidməti kimi ənənəvi kanallardan da istifdə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti