Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir H.Vəliyev/
Yaxın vaxtlarda Bakı Metropoliteni simsiz Wi-Fi internet şəbəkəsinin açılmasına başlayacaq. Bu barədə çərşənbə axşamı Trend-ə metropolitendən məlumat verilib.
Hazırda Bakı Metropoliteni tərəfindən AiləTV və Connect kabel televiziyası operatorları ilə simsiz internet şəbəkəsinin açılması haqqında ilkin razılaşma əldə olunub.
"Onlarla müqavilə yaxın vaxtlarda imzalanacaq", - Bakı Metropolitenindən deyiblər.
Ödənişsiz əsaslarla təqdim olunacaq simsiz Wi-Fi xidmətləri Bakı Metropoliteninin şəhərin mərkəzində yerləşən stansiyalarında istifadəyə veriləcək. Sonralar xidmətdən mərhələli şəkildə digər stansiyalarda da istifadə etmək mümkün olacaq.
Wi-Fi texnologiyaları üzrə simsiz giriş istifadəçilər üçün ən sərfəlisidir, çünki bazarda bu standart üzrə çoxlu qurğular (noutbuklar, telefonlar, smartfonlar) var.