...

"DəmirBank" pulsuz qaydada POS-terminalların quraşdırılmasını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 16:24 (UTC +04:00)
"DəmirBank" ticarət, əyləncə və xidmət mərkəzlərində və müəssisələrində POS-terminalların quraşdırılmasını təklif edir.
"DəmirBank" pulsuz qaydada POS-terminalların quraşdırılmasını təklif edir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir N.İsmayılova/

"DəmirBank" ticarət, əyləncə və xidmət mərkəzlərində və müəssisələrində POS-terminalların quraşdırılmasını təklif edir. Bank tərəfindən POS-terminallar pulsuz qaydada quraşdırılır.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, POS-terminalların quraşdırılması üçün DəmirBank-ın istənilən filialına müraciət etmək zəruridir.

"Nağdsız ödənişlərin genişlənməsinə böyük önəm verən "DəmirBank", Azərbaycanın bir sıra ticarət, əyləncə və xidmət mərkəzlərində POS-terminallara malikdir. Hazırda "DəmirBank" bu sahədə fəaliyyətini genişləndirir və bunun nəticəsidir ki, müxtəlif yerlərdə quraşdırılan POS-terminalların sayı sürətlə artır", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

POS-terminalların quraşdırılması və nağdsız ödənişlər ticarət, əyləncə və xidmət mərkəzlərinin və müəssisələrinin nağd pul vəsaitlərinin inkassasiyası, daşınması, saxlanması və sayılması ilə bağlı maliyyə xərclərinin və iş vaxtı sərfinin azaldılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti