...

Azərbaycanda əlillərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi üzrə layihələr hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 19:57 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanmış yeni layihələrin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə müzakirə olunması məqsədilə "dəyirmi masa" keçirilib.
Azərbaycanda əlillərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi üzrə layihələr hazırlanıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir N.İsmayılova/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyi olan şəxslərin cəmiyyətdə tam iştirakının dəstəklənməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması və sosial hüquqlarının qorunması məqsədilə hazırlanmış yeni layihələrin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə müzakirə olunması məqsədilə "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

"Dəyirmi masa" çərçivəsində qeyd edilib ki, ölkə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaqla öz üzərinə öhdəliklər götürüb.

Nazirlik "2012-2015-ci illərdə əlillərin sosial hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın həyata keçirilməsi üçün Tədbirlər Planının, "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların fərdi reabilitasiya proqramının hazırlanması və onun həyata keçirilməsi Qaydaları"nın layihə sənədləri, həmçinin "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı rəy və təkliflər hazırlayıb.

Layihə sənədlərində 2012-2015-ci illərdə əlillərin sağlamlığının mühafizəsi və bərpası, təhsili və peşəyönümünün yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, onların İKT-dən istifadəsi üçün şəraitin yaradılması, mövcud sosial infrastruktur obyektlərin həmin insanlar üçün müyəssərliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər əksini tapır. Bununla yanaşı, reabilitasiya tədbirlərinin səmərəsinin artırılması və bu sahəyə dinamik nəzarətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslərin fərdi şəkildə reabilitasiyasına xidmət edən qaydaların tətbiqi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti