...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 11:39 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin beş milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospekti qeydiyyata alınıb.
Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını iki dəfə artırır

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AtaSığorta" Açıq Səhmdar Cəmiyyətinin beş milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 25 manat olan 200 000 səhm buraxılacaq.

Beləliklə, şirkətin nizamnamə kapitalı iki dəfə, yəni hazırkı beş milyon manatdan 10 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti