...

Azərbaycan və İordaniya qarşılıqlı investisiya imkanlarını müzakirə ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 17:31 (UTC +04:00)
İordaniya regionda xarici investisiyar üçün əlverişli şərtlərə malik ən stabil ölkədir.
Azərbaycan və İordaniya qarşılıqlı investisiya imkanlarını müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

İordaniya regionda xarici investisiyar üçün əlverişli şərtlərə malik ən stabil ölkədir. Bu barədə İordaniyanın Baş naziri Aun Al Xasauna Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Azərbaycanın İordaniyadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Azərbaycanın nümayəndə heyəti fevralın 27-də İordaniyada qısamüddətli səfərdə olub.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq və qarşılıqlı investisiya yatırımı imkanları müzakirə olunub.

Sənaye və Ticarət Nazirliyində İordaniyanın iqtisadi inkişaf və investisiya layihələrinin geniş təqdimatı keçirilib.

Səfirlikdə hesab edirlər ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin səfəri gələcəkdə iki ölkə arasında əlaqələrin, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, 2011-ci ilin yekunları üzrə Azərbaycanla İordaniya arasında mal dövriyyəsi 3,59 milyon dollar təşkil edib ki, burada idxalın payı 3,5 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti