Azərbaycanın həyat sığortası şirkəti kapitalını ikiqat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2012 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 mart /Trend müxbir A. Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Həyat Sığorta" şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu çərçivədə səhmlərin nominal qiyməti 2,15 dəfə artırılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 1000 manat olan 7 000 səhmin elə bu həcmdə 2150 manat nominallı səhmlərə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Bununla da bankın nizamnamə kapitalı 7 milyon manatdan 15,05 milyon manata qədər artırılacaq.

Xəbər lenti

Xəbər lenti