...

Azərbaycanın böyük iqtisadi potensialını reallaşdırmaq üçün iqtisadiyyatın diversifikasiyası vacibdir – DB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 11:43 (UTC +04:00)
Azərbaycanın böyük iqtisadi potensialını reallaşdırmaq üçün iqtisadiyyatın diversifikasiyası çox vacibdir.
Azərbaycanın böyük iqtisadi potensialını reallaşdırmaq üçün iqtisadiyyatın diversifikasiyası vacibdir – DB

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir A.Axundov /

Azərbaycanın böyük iqtisadi potensialını reallaşdırmaq üçün iqtisadiyyatın diversifikasiyası çox vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionunda strategiya və layihələr üzrə direktoru Teodor Alers Bakıda iqtisadi siyasət üzrə forumda deyib.

"Bu həm qlobal, həm də Azərbaycan miqyasında çox vacib məsələdir. O böyük qeyri-müəyyənliyin və nəyisə qabaqcadan duymağın çətin olduğu dünya bazarlarındakı hazırkı böhran şəraitində xüsusi aktuallıq kəsb edir", - Alers deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan böyük iürəliləyişlərə nail olub.

"Azərbaycan yoxsulluğun azaldılmasında, öz resurslarının, o cümlədən neft-qaz gəlirlərinin və s. idarə edilməsində böyük irəliləyişə nail olub. Biz bu vəsaitlərin səmərəli xərclənməsinin şahidi oluruq ki, bu da Azərbaycanın EİTİ-də aparıcı rol oynadığını sübut edir", - Alers deyib.

Onun sözlərinə görə, forumun keçirilməsi bu tapşırıqların yerinə yetirilməsində öz rolunu oynayır və 2009-cu ildəki forumun məntiqi davamıdır.

Forumda müzakirə olunması planlaşdırılan əsas məsələlər Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti üçün vahid qaydaların müəyyən olunması, eləcə də bazar iqtisadiyyatı üçün vacib olan yaşamaq qabiliyyətinə malik institutların yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti