...

Azərbaycanda mobil gömrük yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2012 14:13 (UTC +04:00)
Azərbaycanda mobil gömrük yaradılıb.
Azərbaycanda mobil gömrük yaradılıb

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanda mobil gömrük yaradılıb.

Azərbaycanın gömrük ərazisində (avtomobil yollarında, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrinin, habelə gömrük nəzarəti üçün zəruri sənədlərin olduğu yerlərdə, eləcə də icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi yerlərdə və s.) törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar və xəbərdar edilməsi, habelə qarşısının alınması, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına, habelə gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək məqsədilə ən müasir nəqliyyat vasitələri, eləcə də kompüter və digər avadanlıqlarla təchiz olunmuş mobil gömük bölmələri yaradılıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

"Dövlət Gömrük Komitəsinin "192" saylı "qaynar xətt"ində mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün artıq xüsusi rabitə xidməti mövcuddur. Belə ki, hər bir vətəndaş "192" saylı "qaynar xətt"i yığaraq "7" nömrəsini daxil etməklə və ya Dövlət Gömrük Komitəsinin internet səhifəsi (www.dgk.gov.az) vasitəsilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin Mobil gömrük şöbəsi ilə birbaşa əlaqə yarada bilər", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti