...

Rusiya ilə Azərbaycan arasında hava nəqliyyatında məhdudiyyətlər yoxdur - "Rosaviasiya"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 12:49 (UTC +04:00)
"Rosaviasiya" Rusiya ilə Azərbaycan arasında hava nəqliyyatında heç bir məhdudiyyətin olmadığını, bir neçə reysin aviadaşıyıcıların özləri tərəfindən təxirə salındığını bəyan edir.
Rusiya ilə Azərbaycan arasında hava nəqliyyatında məhdudiyyətlər yoxdur - "Rosaviasiya"

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir Ə.Həsənov /

"Rosaviasiya" Rusiya ilə Azərbaycan arasında hava nəqliyyatında heç bir məhdudiyyətin olmadığını, bir neçə reysin aviadaşıyıcıların özləri tərəfindən təxirə salındığını bəyan edir.

"Bakıdan və Bakıya bütün reyslər aviaşirkətlərin cədvəlinə uyğun həyata keçirilir. Ölkələr arasında uçuşların həyata keçirilməsində heç bir qadağa və məhdudiyyət yoxdur", - Trend-in məlumatına görə, "Rosaviasiya"nın nümayəndəsi çərşənbə axşamı RİA Novosti-yə bildirib.

Agentliyin müsahibinin sözlərinə görə, aviaşirkətlər kommersiya məqsədlərindən irəli gələrək reyslərin yerinə yetirilməsi ilə bağlı qərarları özləri qəbul edirlər.

Bu gün Bakıdan Moskva, Perm və Omska aviareyslər təxirə salınıb. "Ruslayn" şirkətinin (Perm və Qroznı), "Ural Hava Yolları" (Moskva), İRaero (Omsk) şirkətlərinin reysləri təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti