...

İlin sonunadək Azərbaycan Almaniya və Avstriyadan 3000 baş damazlıq heyvan alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 15:02 (UTC +04:00)
2009-2011-ci illərdə "Aqrolizinq" dövlət lizinq şirkətinin ayırdığı 11 milyon manat vəsaitə Almaniya və Avstriyadan 3270 baş südlük istiqamətdə cins damazlıq heyvanlar alınıb.
İlin sonunadək Azərbaycan Almaniya və Avstriyadan 3000 baş damazlıq heyvan alacaq

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir A.Axundov/

2009-2011-ci illərdə "Aqrolizinq" dövlət lizinq şirkətinin ayırdığı 11 milyon manat vəsaitə Almaniya və Avstriyadan 3270 baş südlük istiqamətdə cins damazlıq heyvanlar alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.

"Ondan 170 baş damazlıq heyvan və 300 min manat vəsait Naxçıvan Muxtar Respublikasına verilib", - məlumatda deyilir.

2009-2011-ci illərdə alınmış cins damazlıq heyvanların baş sayı artaraq hazırda 5000 başa çatdırılıb və bu rəqəmin may ayının sonuna kimi 6000 başa çatdırılması gözlənilir.

2012-ci ildə Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılmış 10 milyon manat vəsaitdən 600 min manat Naxçıvan MR üçün nəzərdə tutulub.

"Qalan 9,4 milyon manat vəsait hesabına ilin sonunadək Almaniya və Avstriyadan 3000 baş damazlıq heyvanların alınması gözlənilir. Martın 15-də müvafiq tender keçirilib", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti