...

Bakıda keyfiyyətsiz yarımfabrikat məhsulların istehsalı və satışının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2012 17:40 (UTC +04:00)
Bakıda keyfiyyətsiz yarımfabrikat məhsulların istehsalı və satışının qarşısı alınıb.
Bakıda keyfiyyətsiz yarımfabrikat məhsulların istehsalı və satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Məhəbbət Məmmədovaya məxsus istehsalat sahəsində (Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 50) aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşbərə yarımfabrikatlarında düşbərənin kütləsinin və düşbərənin kütləsinə nisbətən ət qiyməsinin faizlə kütlə payının normadan az, tərkibində mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, həmçinin bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu, yarpaq dolması yarımfabrikatında nəmliliyin kütlə payının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu, toyuq ətindən olan kotlet yarımfabrikatlarında çörəyin kütlə payının normadan çox, tərkibində patogen mikroorqanizmlərdən olan salmonellaların və bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu, pelmeni və gürcü xəngəli yarımfabrikatlarının tərkibində isə bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu müəyyən edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 20 kq-a yaxın yarımfabrikat məhsulların qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Məhəbbət Məmmədovaya icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti