...

"Unibank" faydalı şərtlərlə biznes-kreditlərin verilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 16:57 (UTC +04:00)
Bu il qeyd olunan 20 illik yubiley münasibətilə "Unibank" işgüzar dairələr üçün imtiyazlı və faydalı şərtlərlə biznes-kreditlərin verilməsinə başlayıb.
"Unibank" faydalı şərtlərlə biznes-kreditlərin verilməsinə başlayıb

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bu il qeyd olunan 20 illik yubiley münasibətilə "Unibank" işgüzar dairələr üçün imtiyazlı və faydalı şərtlərlə biznes-kreditlərin verilməsinə başlayıb. Trend-in məlumatına gögrə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

27 mart tarixindən başlayaraq, bütün korporativ müştərilər və sahibkarlar bankdan bizneslərinin inkişafı üçün üç ay müddətində tam faizsiz kreditlər cəlb edə bilərlər. "Unibank" tərəfindən həyata keçirilən bu cazibəli aksiyanın şərtləri 3 aydan başlayaraq kredit ödənişlərinin təxirə salınmasını da nəzərdə tutur. Aksiya cari ilin 27 iyul tarixinədək keçirilir. Məhz bu tarixdə 20 il əvvəl bank Mərkəzi Bankdan ilk lisenziyasını alıb.

Aksiyanın şərtləri biznes-kreditlərin bir çox növlərinə, o cümlədən dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin əldə olunması, malların alınması, xidmətlərin ödənilməsi, vacib sövdələşmələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cəlb olunan vəsaitlərə şamil olunur. Qeyd etmək vacibdir ki, bu kreditlər üzrə hər hansı digər məsrəfləri nəzərdə tutan əlavə komissiya haqları və ya prosedurlar nəzərdə tutulmayıb. Bu zaman "Unibank" tərəfindən tətbiq olunan illik faiz dərəcəsi 17%-dən başlayır, kreditləşmə müddəti bir ildən dörd ilə qədərdir, kreditlərin məbləği isə 20 min manatdan 500 min manatadək təşkil edə bilər.

Beləliklə, korporativ sektor və biznes sahiblərinə kreditlər üzrə ödənişləri təxirə salmaq imkanı yaradan və ən əsası faizləri hədiyyə edən "Unibank" öz kredit proqramlarını ölkənin işgüzar dairələri üçün ən faydalı və cazibəli edir. Xatırladaq ki, uzun illər ərzində Azərbaycan biznesinin etibarlı tərəfdaşı olan bank, geniş spektr maliyyə xidmətləri təklif edir və hazırda 5 min korporativ müştəri və biznes sahiblərinə xidmət göstərir.

"Unibank"ın səhmdarları 11 fiziki şəxs ilə bərabər (payları 76,52%-ə bərabərdir), Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%-ik pay ilə) və "DEG" Almaniya İnvestisiya Şirkətidir (8,33% pay).

Xəbər lenti

Xəbər lenti