...

DSMF-nin saytında növbəti interaktiv sorğu keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 10:59 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb.
DSMF-nin saytında növbəti interaktiv sorğu keçirilib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, bu dəfəki sorğu zamanı respondentlərə "Sizcə, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar hansı istiqamətdə davam etdirilməlidir" sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu - 49,4 faizi bildirib ki, işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağının artırılmasına ehtiyac var. Respondentlərin 35,3 faizi hesab edir ki, kadrların peşəkarlıq səviyyəsi yüksəldilməlidir. Rəy bildirənlərin 15,3 faizi isə sistemdə informasiya kommunikasiya texnologiyalarının rolunun daha da artırılmasına zərurət olduğunu qeyd ediblər.

Sorğunun nəticələri onu göstərir ki, respondentlərin böyük əksəriyyəti işəgötürənlərin sosial sığorta ödənişlərinin həyata keçirilməsinə marağının artırılmasına ehtiyac olduğunu vurğulayıb. Nəzərə çatdırırıq ki, gələcək pensiya və müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, sosial sığorta ödənişlərinin vaxtında həyata keçirilməsi mühüm rol oynayır. İşçilər bu prosesdə fəal iştirak etməlidirlər ki, gələcəkdə onların sosial hüquqları təmin edilmiş olsun. Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın əsas istiqamətlərindən biri də məcburi dövlət sosial sığortası sahəsində fəaliyyətin təkmilləşdirilməsidir. Hazırda sənədə uyğun olaraq bu sahədə islahat tədbirləri həyata keçirilməkdədir.

Qeyd edək ki, DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək üçün bu tipli interaktiv sorğular keçirilməsini davam etdirir. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az iformasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.

Xəbər lenti

Xəbər lenti