...

Beynəlxalq Sığorta Şirkəti 10 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 15:59 (UTC +04:00)
Bu ilin 2 aprel tarixində Beynəlxalq Sığorta Şirkəti öz 10 illiyini qeyd edir.
Beynəlxalq Sığorta Şirkəti 10 yaşını qeyd edir

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu ilin 2 aprel tarixində Beynəlxalq Sığorta Şirkəti öz 10 illiyini qeyd edir. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Şirkət 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib və hazırda ölkənin aparıcı sığorta şirkətlərindən biridir. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə "GfK Türkiye" şirkəti tərəfindən aparılan marketinq araşdırmasının nəticələrinə görə isə, ölkənin ən tanınan sığorta şirkəti adlandırılıb.

2011-ci ilin nəticələrinə görə şirkət 5,7 mln. manat məbləğinə yaxın sığorta ödənişini həyata keçirərək və 12,4 mln. manat sığorta haqqı yığıraq, Azərbaycanın sığorta bazarının özəl sektorunda ümumi sığorta ödənişləri üzrə 3-cü yerə, sığorta yığımları üzrə isə 5-ci yerə nail olub.

Fəaliyyət dövrü ərzində Beynəlxalq Sığorta Şirkəti bir sıra mükafatlara layiq görülüb. Onların sırasında "Azərbaycanın sığorta bazarında yeniliklərin tətbiq edilməsi" üçün "Uğur" milli mükafatı, "İlin Sığorta Şirkəti" nominasiyasında "Azeri Business Award" mükafatı, Rusiyanın sığorta bazarının sığorta şirkətləri ilə sıx əməkdaşlığına görə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi tərəfindən təsis edilmiş "Proqress" mükafatı və bir çox digər mükafatlar var.

2009-cu ildə Beynəlxalq Sığorta Şirkəti "Moody's Investors Service" beynəlxalq reytinq agentliyindən "B2" səviyyəsində "sabit" reytinq proqnozu ilə maliyyə sabitliyi reytinqi alıb. Bu, şirkətin tarixində növbəti mühüm nailiyyətlərdən biri olub.

2011-ci ildə Beynəlxalq Sığorta Şirkəti təkrar sığortaçıların Baden-Baden şəhərində hər il keçirilən illik beynəlxalq konfransının strateji tərəfdaşı və Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunun baş sponsoru olub.

Yubiley haqqında söz açan Beynəlxalq Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Cəmil Sultanov bildirib: "Fəaliyyət dövrü ərzində bir sıra uğurlara imza atmışıq. Lakin sığorta sahəsində məhsul duyulmaz xarakterli olduğu üçün insanların etimadı ən vacib uğur hesab edilir. Hazırda tərəfimizdən 980-dən çox daşınmaz əmlak, 6500-dən çox nəqliyyat vasitəsi və 8000-dən çox şirkət, müəssisə, səfirlik və dövlət strukturlarının əməkdaşları sığortalanıb. Ən əsas nailiyyətimiz 10 illik fəaliyyət ərzində qazandığımız adımızdır! Bununla əlaqədar, ilk növbədə, Azərbaycan Beynəlxalq Bankına və əlbəttə ki, müştərilərimizə minnətdarlığımı bildirmək istəyirəm, çünki bizim uğurlarımızda onların rolu əvəzedilməzdir".

Xəbər lenti

Xəbər lenti