...

TRASEKA və "İpək Yolu" təşəbbüsü əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2012 14:51 (UTC +04:00)
"Karvansaray" layihəsi çərçivəsində "İpək Yolu" gömrük əməkdaşlığı təşəbbüsü TRASEKA ilə birgə əməkdaşığın ilk addımıdır.
TRASEKA və "İpək Yolu" təşəbbüsü əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

"Karvansaray" layihəsi çərçivəsində "İpək Yolu" gömrük əməkdaşlığı təşəbbüsü TRASEKA ilə birgə əməkdaşığın ilk addımıdır. Bu əməkdaşlıq gələcəkdə beynəlxalq tədarük zəncirinin səmərəliliyinin artırılmasına, ticarət və tranzit daşımalarının sadələşdirilməsinə xidmət göstərəcək. Bunu layihənin hazırlanması üzrə işçi qrupunun ilk iclası zamanı Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini Rza Həsənəliyev bildirib.

Trend-in məlumatına görə, bu barədə şənbə günü TRASEKA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Karavsaray" layihəsi 17 dövlətin iştirak etdiyi "İpək Yolu" təşəbbüsü çərçivəsində Batumi Bəyannaməsinin əsasında hazırlanıb.

İclas aprelin 2-də TRASEKA və "İpək Yolu" təşəbbüsünün nəqliyyat sahəsində Avropa İttifaqının beynəlxalq əməkdaşlıq proqramının əməkdaşlığı çərçivəsində keçirilib. İclas "İpək Yolu" ölkələrinin gömrük administrasiyalarının forumunun təşəbbüsü və TRASEKA hökumətlərarası komissiyanın dəstəyi ilə baş tutub.

İclas zamanı Həsənəliyev "Karvansaray" layihəsinin hazırlanması üzrə işçi qrupuna dəstəyini ifadə edib.

İşçi qrupunun iştirakçıları TRASEKA-nın Daimi Katibliyinə mövcud layihə çərçivəsində faəliyyətin koordinasiya edilməsini həyata keçirmək xahişi ilə müraciət ediblər. İşçi qrupunun iştirakçıları yaxın vaxtlarda Daimi Katibliyin ünvanına "Karvansaray" layihəsi üçün seçilən sərhədyanı keçid məntəqələrinə səfərlər çərçivəsində regional araşdırmaların keçirilməsi üzrə təkliflərini göndərəcəklər.

Xəbər lenti

Xəbər lenti