...

Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə öyrənilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2012 10:25 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində bir çox inkişaf etmiş dünya ölkələrinin təcrübəsi öyrənilir.
Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə öyrənilir (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi" çərçivəsində bir çox inkişaf etmiş dünya ölkələrinin təcrübəsi öyrənilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək ehtiyatlarının inkişafı, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi üzrə Sinqapurun əldə etdiyi müsbət təcrübənin öyrənilməsi məqsədi ilə naziri Fizuli Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Sinqapurda rəsmi səfərdədir.

Səfər çərçivəsində Sinqapur Respublikasının insan inkişafı, o cümlədən onun əsas komponenti olan əmək ehtiyatlarının inkişafı ilə bağlı strategiyaları, idarəetmə sistemi, bu sistemin tətbiqi ilə bağlı təcrübəsi öyrənilir.

Ələkbərov səfər çərçivəsində Sinqapurun insan resursları naziri Tan Çuan-Jin ilə görüşüb. Görüş zamanı nazir Fizuli Ələkbərov Azərbaycanda uğurla həyata keçirilən islahatlar və insan inkişafı ilə bağlı ətraflı məlumat verib. Nazir Tan Çuan-Jin Sinqapurda insan resurslarının inkişafı ilə bağlı həyata keçirilən siyasət, əmək bazarının monitorinqi, idarəetmə və ölkə üzrə bu sahədə əlaqələndirmə fəaliyyətinə dair müvafiq məlumat təqdim edib.

Görüşdə hər iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə dair geniş müzakirələr aparılıb. Nümayəndə heyəti Sinqapur İnsan Resursları Nazirliyinin fəaliyyəti ilə də yaxından tanış olub.

Azərbaycan nümayəndə heyəti İnsan Resursları Nazirliyi nəzdində fəaliyyət göstərən Sinqapur İşçi Qüvvəsinin İnkişafı Agentliyində görüş keçirib. Görüşdə əmək bazarı üçün rəqabətqabiliyyətli işçi qüvvəsinin, peşə və təlim standartlarının hazırlanması və tətbiqi, habelə işçi qüvvəsinin keyfiyyətinin qiymətləndirilməsinə dair geniş fikir mübadilələri aparılıb.

Xəbər lenti

Xəbər lenti