...

Azərbaycanın bank sektorunun kapitallaşması 13 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2012 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Axundov/

2012-ci ilin fevral ayı ərzində Azərbaycanın bank sektorunun kapitallaşması 0,44 faiz artıb. Kapitallaşma 2011-ci ilin fevralına nisbətən 12,7 faiz artaraq 2012-ci il martın 1-nə 2467,7 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında qeyd edilir.

AMB-nin məlumatına görə, kapitalı 10 milyon manatdan çox olan bankların sayı fevral ayının yekunları üzrə 42 ədəd təşkil edib. Bu göstərici əvvəlki aylara və 2011-ci ilin fevral ayına nisbətdə dəyişməz qalıb. Ölkənin bütün banklarının ümumi kapital həcmində bu kateqoriyadan olan bankların xüsusi çəkisi yanvarda olduğu kimi, fevral ayında da 99,5 faiz təşkil edib. 2011-ci ilin fevralında bu rəqəm 98,5 faiz olub.

Hazırda kapitallaşma (minimum kapital 10 milyon manat təşkil etməlidir) üzrə AMB-nin tələblərini iki bank yerinə yetirmir. Bir bankın (xüsusi çəkisi 0,3 faiz) kapitalı 5-10 milyon manat, digərinin (0,2 faiz) isə 3,5-5 milyon manat çərçivəsində formalaşıb.

Xəbər lenti

Xəbər lenti