...

MDB ölkələrinin maliyyə nazirləri qlobal qeyri-stabillik şəraitində gələcək əməkdaşlığın hədəflərini müəyyən edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 11:26 (UTC +04:00)
MDB ölkələrində maliyyə və iqtisadi vəziyyətlə bağlı məsələləri müzakirə etmək məqsədilə Azərbaycanın nümayəndə heyəti mayın 23-də Astanada keçiriləcək MDB ölkələri Maliyyə Nazirləri Şurasının altıncı sessiyasında iştirak edəcək.
MDB ölkələrinin maliyyə nazirləri qlobal qeyri-stabillik şəraitində gələcək əməkdaşlığın hədəflərini müəyyən edəcəklər

Azərbaycan, Bakı, 21 may / Trend, müxbir Ə.Həsənov /

MDB ölkələrində maliyyə və iqtisadi vəziyyətlə bağlı məsələləri müzakirə etmək məqsədilə Azərbaycanın nümayəndə heyəti mayın 23-də Astanada keçiriləcək MDB ölkələri Maliyyə Nazirləri Şurasının altıncı sessiyasında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Maliyyə Nazirliyinin məlumatında deyilir. Azərbaycanın nümayəndə heyətinə maliyyə naziri Samir Şərifov başçılıq edəcək.

"Sessiyada həmçinin MDB-nin Maliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun reallaşdırılması üzrə fəaliyyət planı, cari qlobal qeyri-stabillik fonunda maliyyə riskləri və başqa məsələlər də müzakirə olunacaq", - məlumatda deyilir.

Habelə Birlik ölkələrinin maliyyə nazirləri əməkdaşlığın gələcək hədəflərini müəyyən edəcəklər.

Məlumatda deyildiyi kimi, Azərbaycanın nümayəndə heyəti mayın 22-24-də Qazaxıstan paytaxtında keçiriləcək beşinci Astana iqtisadi forumunun işində də iştirak edəcəklər.

Daimi fəaliyyət göstərən MDB ölkələri Maliyyə Nazirləri Şurası 2008-ci il oktyabrın 10-da üzv ölkələrin hökumət başçılarının qərarı ilə böhranla mübarizə üzrə vəziyyətlərin öyrənilməsi və tədbirlərin görülməsi üçün yaradılıb. Qurumun birinci iclası 2008-ci il oktyabrın 21-də keçirilib.

Xəbər lenti

Xəbər lenti