...

“Fitch” Azərbaycan İpoteka Fondunun uzunmüddətli reytinqini "BBB-" səviyyəsində təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2012 12:58 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun xarici və milli valyutada uzunmüddətli reytinqləri üzrə proqnozu "Müsbət"dən "Sabit"ə keçirilməsini təkrar gözdən keçirib və bu reytinqləri "BBB-" səviyyəsində təsdiqləyib.
“Fitch” Azərbaycan İpoteka Fondunun uzunmüddətli reytinqini "BBB-" səviyyəsində təsdiqləyib

Azərbaycan, Bakı, 21 may / Trend, müxbir A.Axundov/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun xarici və milli valyutada uzunmüddətli reytinqləri üzrə proqnozu "Müsbət"dən "Sabit"ə keçirilməsini təkrar gözdən keçirib və bu reytinqləri "BBB-" səviyyəsində təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə agentliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu reytinq hərəkəti Azərbaycanın uzunmüddətli DER üzrə proqnozuna yenidən baxmasını nəzərdə tutur, həmçinin fondun öz sponsorundan (Azərbaycan Mərkəzi Bankı) dəstəyin alınmasının möhkəm imkanının saxlanması haqqında "Fitch"in fikirini əks etdirir.

Azərbaycan İpoteka Fondunun reytinqləri Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir, bu da dövlət sektoru təşkilatı kimi fondun statusunu, Mərkəzi Bank vasitəsilə dövlət tərəfindən mənzil maliyyələşdirməsi sahəsində milli dövlət siyasətinin reallaşdırmasında fondun əhəmiyyətli rolunu əks etdirir.

"Fitch" Azərbaycan İpoteka Fondunun təhlili zamanı dövlət sektoru müəssisələri üzrə reytinq meyarlarından istifadə edir və "yuxarıdan aşağıya" prinsipini tətbiq edir.

"Mənzillərin verilməsinin əlçatanlığı dövlət üçün yüksək prioritetə malikdir. Ölkə Konstitusiyasının 43-cü maddəsi, xüsusilə ölkədə daha yüksək keyfiyyətli şəhər mənzillərinə artan tələbat səbəbindən vətəndaşların mənzil hüququnun reallaşdırılması üzrə tədbirlərin zəruriliyini tanıyır", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti