...

Bakı-Sankt-Peterburq dəmiryol reysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 13:54 (UTC +04:00)
Moskva vaxtı ilə saat 08:13-də Açi-İzberbaş mənzilində yük qatarının altında partlayıcı qurğunu işə düşməsi Bakı-Sankt-Peterburq reysinin yubanmasına səbəb olub.
Bakı-Sankt-Peterburq dəmiryol reysi yubanır

Azərbaycan, Bakı, 24 may / Trend, müxbir E.İsmayılov /

Moskva vaxtı ilə saat 08:13-də Açi-İzberbaş mənzilində yük qatarının altında partlayıcı qurğunu işə düşməsi Bakı-Sankt-Peterburq reysinin yubanmasına səbəb olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİA Novosti "Rusiya Dəmir Yolları" MMC-yə istinadən xəbər verir.

Dəmir yol xəttində partlayış Bakı-Tümen və Moskva-Bakı qatarlarının da yubanmasına səbəb ola bilər.

Hazırda güc strukturları təhqiqat aparır. Təhqiqat başa çatdıqdan sonra dəmiryolçular bərpa işlərinə başlayacaqlar.

"Hazırda Bakı-Sankt-Peterburq reysi üzrə 313№li qatar 1 saat 18 dəqiqə yubanır. Yubanması ehtimal olunan qatarlar: Bakı-Tümen reysi üzrə 373 №li qatar (hadisə yerindən keçid vaxtı Moskva vaxtı ilə saat 15:17) və 56 №li Moskva-Bakı (hadisə yerindən keçid vaxtı saat 16:57) qatarı", - RDY-nin məlumatında deyilir.

Partlayış nəticəsində Dərbənd-Mahaçqala reysi üzrə hərəkət edən 6691№li şəhərətrafı qatarının hərəkəti ləğv edilib. Dərbənd-Mahaçqala reysi üzrə hərəkət edən 6696№li şəhərətrafı qatarı İzberbaş stansiyasına qaytarılıb, sərnişinlər təyinat yerinə avtomobil nəqliyyatı ilə gediblər.

Xəbər lenti

Xəbər lenti