Azərbaycan, Bakı, 24 may /Trend/
Azərbaycanda 5000-dən çox pirat disk məhv edilib. Bu barədə Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Amin Hümbətova məxsus mağazada aşkar edilmiş pirat CD və DVD-nin məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən həmin sahibkara icrası məcburi göstəriş verilmişdi", - məlumatda deyilir.
Bununla əlaqədar olaraq, mağazada satışdan çıxarılmış 5047 ədəd pirat CD və DVD-lər qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.