Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Ə.Həsənov/
Çərşənbə günü Bakıda keçirilən biznes forumun gedişində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Portuqaliyanın Xarici Ticarət və İnvestisiyalar Agentliyi (AICEP) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Trend-in məlumatına görə, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov biznes forumda bildirib ki, bu görüş gələcəkdə ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Azərbaycan-Portuqaliya biznes forumunda Portuqaliyanın tikinti, qida sənayesi, İKT, kimya və digər sahələri təmsil edən 20-yə yaxın şirkəti iştirak edib. Portuqaliya nümayəndə heyətinə dövlət naziri, xarici işlər naziri Paulo Portaş rəhbərlik edib.
Biznes forum AZPROMO tərəfindən təşkil olunub.