...

"Paşa Bank" ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2012 16:33 (UTC +04:00)
"Paşa Bank" artıq Azərbaycan İpoteka Fondunun (AİF) ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərməyə başlayır.
"Paşa Bank" ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərir

Azərbaycan, Bakı, 11 iyul /Trend/

"Paşa Bank" artıq Azərbaycan İpoteka Fondunun (AİF) ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərməyə başlayır. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bankın idarə heyətinin üzvü, investisiyalar üzrə baş direktoru Taleh Kazımovun sözlərinə görə, bazardakı likvidlik nəzərə alınmaqla yeddiillik ipoteka kağızlarının (AZ200100868) gəlirliliyi ikinci bazarda 3 faizdən aşağı düşüb və gəlirlilik hazırda 2,97-2,99 faiz hədləri arasında müəyyənləşdirilir.

Bu günədək hazırkı dəhlizdə adıçəkilən kağız üzrə təxminən 3,5 mln. manat məbləğində sövdələşmələr aparılıb. Təmin edilmiş ipoteka istiqrazları olan bu kağızın borcunun ödənilməsinə 4 ildən az vaxt qalır.

Xatırladaq ki, "Paşa Bank" korporativ kağızlara da ilk dəfə olaraq market-meyker xidmətləri göstərməyə başlayıb. Keçən ilin yekunlarına görə, bank tərəfindən dörd emitentin (bank və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) təxminən 70,4 mln. manat məbləğində korporativ istiqrazları buraxılıb.

"Paşa Bank"ın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib, bu səbəbdən nüfuzlu "EMEA Finance" beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya bankı" nominasiyası üzrə mükafatına layiq görülüb.

"Paşa Bank" yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməyi davam etdirməyi və qiymətli kağızların təkrar bazarını inkişaf etdirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti