...

Azərbaycanın Maliyyə Monitorinqi Xidməti “Eqmont” qrupu ilə əlaqələri möhkəmləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2012 15:36 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti "Eqmont" maliyyə monitorinqi orqanları qrupunun üzvləri ilə əlaqələri möhkəmləndirir.
Azərbaycanın Maliyyə Monitorinqi Xidməti “Eqmont” qrupu ilə əlaqələri möhkəmləndirir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti "Eqmont" maliyyə monitorinqi orqanları qrupunun üzvləri ilə əlaqələri möhkəmləndirir.

Cari ilin 9-13 iyul tarixlərində Sankt-Peterburqda "Eqmont" qrupunun 20-ci plenar iclası keçirilib. İclasda 109 ölkədən və 17 beynəlxalq təşkilatdan 300-dən çox nümayəndə iştirak edib. Trend-in məlumatına görə, bu barədə Xidmətin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

İclas çərçivəsində Maliyyə Monitorinqi Xidmətinin rəhbərliyi ümumiyyətlə yığıncaq və maliyyə monitorinqi orqanlarının rəhbərlərinin plenar iclasında iştirak ediblər. Həmçinin nümayəndə heyətinin ayrı-ayrı üzvləri müvafiq işçi yarımqrupların görüşlərində və kurslarda iştirak ediblər.

Plenar iclasda Qabonun, Tacikistanın və Tunisin tamhüquqlu üzvlər kimi qrupa qəbul edilməsi haqqında qərar qəbul edilib.

Bununla da "Eqmont" qrupunun üzvlərinin sayı 131-ə çatıb.
İclas çərçivəsində maliyyə monitorinqinin orqanları arasında 65 Anlaşma memorandumu və məlumat mübadiləsi haqqında müqavilələr imzalanıb. Daha bir qərara əsasən, ATƏT "Eqmont" qrupunda müşahidəçi statusu əldə edib. Habelə müxtəlif regional görüşlər təşkil olunub, qrupun Nizamnaməsinə dəyişiklik və əlavələrin edilməsi üzrə müzakirələr aparılıb.

"Eqmont" qrupunun işçi yarımqruplarının və "Eqmont" komitəsinin növbəti iclası 2013-cü ilin yanvarında Belçikada, qrupun 21-ci plenar iclası 2013-cü ilin iyulunda Cənubi Afrika Respublikasında keçiriləcək.

Ötən ilin iyulunda keçirilən 19-cu plenar iclasda Azərbaycan qrupun tamhüquqlu üzvlüyünə qəbul edilib.

"Eqmont" qrupu 1995-ci ildə yaradılıb. "Eqmont"un məqsədi bütün dünyada "çirkli" pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə səmərəli qarşılıqlı təsir üçün meydanı, həmçinin PYM/MT üzrə daxili proqramların reallaşdırmasına köməyi təmin etməkdir.

Xəbər lenti

Xəbər lenti