...

I yarımildə Azərbaycanda Avro 2 nəqliyyat normalarına uyğun 20 mindən artıq sertifikat verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 11:29 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mərkəzi laboratoriyası tərəfindən verilmiş nəqliyyat vasitələrinin ekoloji normalara (Avro 2) uyğunluğunu təsdiq edən 20 805 uyğunluq sertifikatı haqqında məlumatlar Dövlət Reyestrinə daxil edilib.
I yarımildə Azərbaycanda Avro 2 nəqliyyat normalarına uyğun 20 mindən artıq sertifikat verilib

Azərbaycan, Bakı, 19 iyul / Trend, müxbir A.Axundov /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mərkəzi laboratoriyası tərəfindən verilmiş nəqliyyat vasitələrinin ekoloji normalara (Avro 2) uyğunluğunu təsdiq edən 20 805 uyğunluq sertifikatı haqqında məlumatlar Dövlət Reyestrinə daxil edilib.

Trend-in məlumatına görə, bu barədə Komitənin cümə axşamı yaydığı məlumatda deyilir.

Komitə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları tərəfindən 2012-ci ilin 6 ayı ərzində verilmiş 2 790 uyğunluq sertifikatını Dövlət Reyestrində qeydiyyata alıb. Həmin uyğunluq sertifikatalrı haqqında məlumatlar yeni yaradılmış Uyğunluq Sertifikatlarının Elektron Reyestr Bazasında saxlanılır.

İlin birinci yarısında respublika ərazisində 1 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanın, 2 inspeksiya orqanının fəaliyyəti razılaşdırılmış və 1 inspeksiya xidmətləri göstərən orqanın akkreditasiya edilməsi ilə bağlı işlər həyata keçirilib. Sonrakı müddət ərzində Azərbaycan Respublikası ərazisində 1 keyfiyyəti idarəetmə sistemlərini sertifikatlaşdıran orqanının fəaliyyəti razılaşdırılıb. Həmçinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) 8 ərazi şöbəsi istehlak mallarının sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub.

" Dövlət Akkreditasiya Xidməti yaradılandan etibarən 38 laboratoriya dövlət standartının tələblərinə uyğun akkreditasiya olunub", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti