...

Azərbaycan bankı “AccessBank” 2 milyard dollardan artıq kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2012 10:59 (UTC +04:00)
Azərbaycan bankı “AccessBank” 2 milyard dollardan artıq kredit verib
Azərbaycan bankı “AccessBank” 2 milyard dollardan artıq kredit verib

Azərbaycan, Bakı, 20 iyul / Trend /

Azərbaycan bankı "AccessBank" 2 milyard dollardan artıq kredit verib.

Trend-in məlumatına görə, bu məbləğin 90 faizindən artıq hissəsi biznesi genişləndirmək və yeni iş yerləri yaratmaq məqsədi ilə verilib ki, bu da ölkə iqtisadiyyatının inkişafına kömək edib, kreditin qalan hissəsi isə istehlakçıların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bu kreditlərin əsas hissəsi, Bakı şəhərindən kənarda fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün ayrılıb və bu yolla Azərbaycanın regional iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verilib.

Bu yaxınlarda АссessBank Azərbaycan, artıq üçüncü il ardıcıl olaraq, biznes və maliyyə üzrə aparıcı nəşr olan Euromoney tərəfindən Azərbaycanın ən yaxşı Bankı adına layiq görülüb. Euromoney, əsasən, güclü maliyyə mövqeyini və Bankın kredit portfelinin yüksək keyfiyyətini ön plana çəkir.

Hazırda AccessBank müxtəlif növ kreditlər, o cümlədən biznes, mikro, kiçik və istehlak kreditləri verir. Ətraflı məlumatı www.accessbank.az saytından əldə etmək olar.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2012, 2011, 2010) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti