...

Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 12 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2012 12:29 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 4% artaraq 2012-ci il iyulun 1-nə 5,145 mlrd. manata çatıb.
Azərbaycan Beynəlxalq Bankının kredit portfeli 12 faiz artıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 4% artaraq 2012-ci il iyulun 1-nə 5,145 mlrd. manata çatıb. Trend-in məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Məlumata əsasən, bankın kredit portfeli illik müqayisədə 12% artaraq 3,7 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 445 mln. manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Xəbər lenti

Xəbər lenti