...

Bakının ilkin mənzil bazarı ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 18:11 (UTC +04:00)
Cari ilin iyun ayında Bakının ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 1,2 faiz ucuzlaşaraq bir kvadratmetrə görə 810,4 manat təşkil edib.
Bakının ilkin mənzil bazarı ucuzlaşıb

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/

Cari ilin iyun ayında Bakının ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 1,2 faiz ucuzlaşaraq bir kvadratmetrə görə 810,4 manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin yaydığı məlumatda deyilir.

"Qiymətlər ötən rübə nisbətən 1,3 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3,2 faiz ucuzlaşıb", - məlumatda qeyd edilir.

Böhran dövrü (2008-ci ilin sentyabr ayı) ilə müqayisədə ilkin mənzil 32,1 faiz ucuzlaşıb, 2012-ci ilin əvvəlinə nisbətən isə qiymətlər 4,4 faiz azalıb.

Əvvəlki ayda olduğu kimi, iyun ayında da satışa 420 yeni tikili çıxarılıb. Yeni tikililərin böyük hissəsini sosial təyinatlı binalar təşkil edib. Onların tikintisi dördüncü zonanın payına düşüb. Tikinti şirkətlərinin sayı da bir ədəd azalaraq 150 olub.

Hazırda Bakıda daha çox yeni tikili Yasamal rayonu, sonra isə Xətai və Nəsimi rayonlarında ucaldılır.

Xəbər lenti

Xəbər lenti