...

"Azərikimya"da gənc mütəxəssislərə etimad göstərilir, məsul vəzifələrə irəli çəkilirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2012 09:57 (UTC +04:00)
"Azərikimya" İB-də istehsalat sahələrinin yenidən qurulması və modernləşdirilməsi işlərinin davam etdirildiyi bir vaxtda mütərəqqi texnologiyaların tətbiq olunduğu avadanlıqların xüsusiyyətlərini, elektron-kompüter sistemi üzrə idarə olunan mürəkkəb prosesləri mükəmməl bilən istedadlı, perspektivli gənc mütəxəssislərə daha geniş yer verilməsi günün tələbi kimi qarşıya qoyulmuşdur
"Azərikimya"da gənc mütəxəssislərə etimad göstərilir, məsul vəzifələrə irəli çəkilirlər

Azərbaycan, Bakı, 28 iyul /Trend/

"Azərikimya" İB-də istehsalat sahələrinin yenidən qurulması və modernləşdirilməsi işlərinin davam etdirildiyi bir vaxtda mütərəqqi texnologiyaların tətbiq olunduğu avadanlıqların xüsusiyyətlərini, elektron-kompüter sistemi üzrə idarə olunan mürəkkəb prosesləri mükəmməl bilən istedadlı, perspektivli gənc mütəxəssislərə daha geniş yer verilməsi günün tələbi kimi qarşıya qoyulmuşdur.

Məhz bu tələbin əsas götürüldüyü, istehsalatın yeni və daha səmərəli texnologiyalar üzrə yenidən qurulmasının bugünlərdə prioritet olaraq mühüm hesab edildiyi Birlikdə son dövrlərdə istedadlı və təşəbbüskar, işə xüsusi məsuliyyət və yaradıcılıqla yanaşan gənclərin vəzifədə irəli çəkilməsi, onlara potensial imkanlarını realizə edə biləcəkləri postların təklif olunması hər bir gənc mütəxəssisə, eyni zamanda ölkənin neft-kimya sənayesinin gələcək inkişafına göstərilən diqqət və qayğı nümunəsidir.

Son iki ildə gənc mütəxəssislərin test üsulu üzrə işə qəbulu, bir çoxlarının təcrübə mübadiləsi üçün uzun müddətə Türkiyənin nüfuzlu neft-kimya şirkəti olan "Petkim"ə ezam olunması məhz belə bir diqqətdən irəli gəlir.

Diqqətəlayiqdir ki, "Azərikimya"nın son bir il ərzində "Petkim" şirkətində təcrübə mübadiləsində olmuş 40-a yaxın gənc mütəxəssisinin texnoloji proseslərin daha optimal re¬jim və yeni metodlar üzrə aparılmasıı sahəsində əldə etdikləri yeni təcrübə, çalışdıqları sahələrdə işin daha səmərəli təşkili ilə bağlı verdikləri texniki təkliflər yeni potensial imkanların üzə çıxarılmasına xidmət edir.

Bütün bunlar nəzərə alınaraq, son bir ildə öz işgüzarlığı və işə yaradıcı münasibəti, təşkilatçılığı ilə seçilən, hələ bir müddət əvvəl aparatçı, maşinist, texnoloq və s. vəzifələrdə bacarıqla çalışan 15 nəfərə yaxın gənc mütəxəssis növbə, sex və istehsalat rəisi vəzifələrinə irəli çəkilmişlər ki, onların da sırasında 25-30 yaşlı gənclər çoxluq təşkil edir.

Xəbər lenti

Xəbər lenti