...

Xalq Bankdan "Futbol üzrə dünya çempionatının kuboku ilə foto" aksiyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2012 16:18 (UTC +04:00)
FİFA U-17 qadınlararası dünya çempionatının milli sponsorlarından biri olan Xalq Bank ilk olaraq AFFA tərəfindən təqdim olunan çempionatın kubokunu öz filiallarında nümayiş etdirəcək.
Xalq Bankdan "Futbol üzrə dünya çempionatının kuboku ilə foto" aksiyası

Azərbaycan, Bakı, 7 avqust /Trend/

FİFA U-17 qadınlararası dünya çempionatının milli sponsorlarından biri olan Xalq Bank ilk olaraq AFFA tərəfindən təqdim olunan çempionatın kubokunu öz filiallarında nümayiş etdirəcək.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Xalq Bankın baş ofisində AFFA-nın baş katibi Elxan Məmmədov kuboku təntənəli surətdə bankın idarə heyəti sədrinin müavini Xəzər Bağırlıya təqdim edib.

Çempionatın kuboku hər gün Bakı və Sumqayıt filiallarında sərgilənəcək. İstənilən müştəri və ya sadəcə filiala gələn şəxs həm kubokla, həm də çempionatın talismanı ilə şəkil çəkdirərək dərhal Xalq Bank tərəfindən təqdim olunan xatirə çərçivəsində fotonu əldə edə biləcək.

Bu aksiya həftə sonunadək davam edəcək.

Çempionatın final oyunundan sonra, cari ilin 13 oktyabrında kubok qalib gələn komandaya təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti