...

2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinə 54 milyon dollardan çox vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2012 13:40 (UTC +04:00)
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-avqust aylarında 42,51 milyon manat və ya 54,13 milyon dollardan çox kredit verilib.
2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinə 54 milyon dollardan çox vəsait ayrılıb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-avqust aylarında 42,51 milyon manat və ya 54,13 milyon dollardan çox kredit verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

İyul ayı ilə müqayisədə avqustda ayrılan ipoteka kreditlərinin həcmi 8,25 faiz artıb.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 387,97 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2012-ci ilin yanvar-avqust ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 65,53 milyon manat təşkil edib.

Bu ilin səkkiz ayı ərzində AİF 23 milyon manat həcmində istiqrazlar yerləşdirib.

Xəbər lenti

Xəbər lenti