...

Bolkart-dan məktəblilərə hədiyyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2012 18:09 (UTC +04:00)
2012-2013 yeni tədris ili ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir.
Bolkart-dan məktəblilərə hədiyyə

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

2012-2013 yeni tədris ili ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, 7-10 sentyabr tarixləri arasında pul çıxaran kart sahibləri oktyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı - 2,5 %.

Ənənəvi olaraq yeni dərs ili ərəfəsində vətəndaşların, ələlxüsus, valideynlərin xərcləri artır. Beləliklə, indi hər bir Bolkart sahibi bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər.

Bolkart - tamamilə pulsuz, bərpa olunan limitli bir kredit kartıdır. Bolkart-dan "Bank of Baku" ilə tərəfdaş olan 300-ə yaxın tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb aylar ərzində ödəmək mümkündür. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Xəbər lenti

Xəbər lenti