...

Azərbaycanın ÜDM-də tikintinin payı yaxın illərdə ciddi şəkildə artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2012 16:20 (UTC +04:00)
Azərbaycanın Ümumi Daxili Məhsulunda (ÜDM) tikintinin payı yaxın illərdə ciddi şəkildə artacaq.
Azərbaycanın ÜDM-də tikintinin payı yaxın illərdə ciddi şəkildə artacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın Ümumi Daxili Məhsulunda (ÜDM) tikintinin payı yaxın illərdə ciddi şəkildə artacaq. Trend-in məlumatına görə, Azərbaycanın "Pasha Construction" şirkətinin icraçı direktoru Rendolf Dekker belə hesab edir.

"Hazırda yeni neft-qaz müqavilələri imzalanır ki, bu da müvafiq infrastrukturlar - yeni ofislər, hotellər və başqa binaların olmasını tələb edir. Bu, ölkədə aparılan tikinti işlərinin həcmini ciddi şəkildə artıracaq", - çərşənbə axşamı Dekker jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bakı yaxın beş-altı ildə nəzərəçarpacaq dərəcədə böyüyəcək və dəyişəcək.

"Bakıda inşaat sektoru çox cəlbedicidir və dinamik inkişaf edir", - Dekker deyib.

Yanvar-avqust aylarının yekunları üzrə ÜDM-də inşaatın xüsusi çəkisi 9,6 faiz (3,4 milyard manat) təşkil edib.

Xəbər lenti

Xəbər lenti