...

Şəmkir rayonunda investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 13:21 (UTC +04:00)
Sentyabrın 14-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Şəmkir rayonunda investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Sentyabrın 14-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

Şəmkir rayonunun Təzəkənd qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli istixana təsərrüfatlarının yaradılması;
- müasir üzum emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması;
- müasir soyuducu anbar kompleksinin yaradılması;
- qabaqcıl texnologiyalara əsaslanan çörək istehsalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29;Faks: (012) 432-37-17;e-mail: [email protected].

Xəbər lenti

Xəbər lenti