...

Azərbaycanın ilk qlobal PR tədbirinə 1 aydan da az vaxt qalıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2012 13:10 (UTC +04:00)
Azərbaycanın ilk qlobal PR tədbirinə 1 aydan da az vaxt qalıb
Azərbaycanın ilk qlobal PR tədbirinə 1 aydan da az vaxt qalıb (FOTO)

Şahzadə Diananın Şəxsi Katibi və BBC, Qazprom, Şnayder Elektrik, Dubayın Cumeyra Qrup şirkəti və Avroviziya mahnı müsabiqəsi, oktyabr ayının 17-si Bakının Excelsior otelində keçiriləcək Azərbaycanın ilk qlobal PR tədbiri olan Baku PR Experience tədbirində təqdimatla çıxış edəcək qlobal PR mütəxəssislərindən sadəcə bəziləridir.

"Biz tədbirlə bağlı əldə etdiyimiz uğurlardan çox məmnunuq. Tədbirə 4 həftə qalmış bütün yerlər artıq demək olar ki tutulub və indi biz spikerlərimizlə səylə çalışırq ki bütün təqdimatlar interaktiv olsun və regional şirkətlərdə də həyata keçirilə bilsin. Bu bizim Azərbaycanda təşkil etməyi planlaşdırdığımız tədbirlər silsiləsindən birinci tədbirdir və bizə kömək edən bütün tərəfdaşlarımıza bizə tədbir barəsində xəbər yaymaqda kömək etdikləri üçün minnətdarlığımızı bildiririk", tədbirin təşkilatçısı olan, Dubayda yerləşən "P World" şirkətinin İdarəçi Direktoru Kosta Petrov deyir.

Tədbirdə iştirak etmək şərəfinə nail olacaq bəxtəvərlər bu günün PR dünyasını formalaşdıran qlobal PR mütəxəssislərinin təqdimatlarını dinləyəcəklər. Tədbir Şahzadə Diananın Şəxsi Katibi olan Patrik Cefsonun reputasiya menecmentinə dair təqdimatı ilə başlayacaq.

"Şahzadə Diananın yüksək profilli ictimai həyatı ilə məşğul olmaq, nadir PR və reputasiya menecmenti bacarıqlarına malik olmağı tələb edirdi. Mən Baku PR Experience tədbirində bəzi uğurlu və uğursuz məqamlardan söhbət açacam", o deyir.
Baku PR Experience tədbirində həmçinin Avroviziya mahnı müsabiqəsinin Tədbir Təşkilatçısı Siets Bekkerin sosial medianın əhəmiyyəti, Şnayder Elektrik şirkətinin Qlobal PR Direktoru Tieri Şnayderin PR ölçüləri, Dubayda yerləşən Cumeyra Qrupun Korporativ Əlaqələr üzrə vitse prezident Pirs Şrayberin Korporativ Sosial Məsuliyyət haqqında təqdimatları olacaq.

Tədbirdə qeydiyyatdan keçmiş şəxslər, dünyanın ən nüfuzlu krizis və reputasiya mütəxəssislərindən biri olan, BBC üçün gördüyü işlər sayəsində krizis kommunikasiyaları və krizis menecmenti üçün qlobal standartlar müəyyənləşdirmiş Donald Stil tərəfindən keçiriləcək krizis kommunikasiyaları barədə interaktiv seminara qatılmış olacaqlar.

Baku PR Experience tədbirinin təşkilatçısı Dubayda yerləşən "P World" şirkətidir. 2000-dən çox nümayəndə heyəti artıq bu tədbirə Dubay, Praqa, Moskva, Zaqreb və Belqradda qatılıblar. Azərbaycan Gənclər Fondu tədbirin Qızıl Sponsoru, Synergy şirkəti isə tədbirin rəsmi PR Tərəfdaşıdır. Biznesinfo.az, Boutique Magazine, mak.az, Trend.az və Zerkalo tədbirin media tərəfdaşlarıdır.

Tədbir barədə əlavə məlumat almaq üçün aşağıdakı internet səhifəsinə baş çəkin:
http://www.thepworld.com/experiences/baku-pr-experience.aspx

Xəbər lenti

Xəbər lenti