...

“Atəşgah” SŞ və AUTO.AZ-ın birgə layihəsi əhali arasında online sığortaya olan marağı üzə çıxardı

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2012 12:42 (UTC +04:00)
"Atəşgah" Sığorta Şirkəti və avtomobil portalı AUTO.AZ-ın 2012-ci ilin martından həyata keçirilən birgə layihəsi - AVTOSİGORTA.AZ əhali arasında online sığortaya olan böyük marağı üzə çıxardı.
“Atəşgah” SŞ və AUTO.AZ-ın birgə layihəsi əhali arasında online sığortaya olan marağı üzə çıxardı

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

"Atəşgah" Sığorta Şirkəti və avtomobil portalı AUTO.AZ-ın 2012-ci ilin martından həyata keçirilən birgə layihəsi - AVTOSİGORTA.AZ əhali arasında online sığortaya olan böyük marağı üzə çıxardı. Trend-in məlumatına görə, bu barədə sığorta şirkətinin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Azərbaycanda bu cür xidmətlərin tətbiqi sığorta polisi əldə etmək prosesini asanlaşdırmaqla bərabər, bütünlüklə sığorta sahəsinin inkişafına kömək edəcək", - layihənin müəllifləri belə hesab edirlər.

Bu layihənin üstünlüyü ondadır ki, istənilən avtomobil sahibi evdən və ya ofisdən çıxmamaqla öz avtomobilini sığortalaya bilər. Sığorta kalkulyatoru (http://sigorta.auto.az/) vasitəsilə icbari və avto KASKO polislərinin dəyərini hesablamaqla online rejimdə onları sifariş edə bilər. Sığorta polisi "Atəşgah" SŞ - nin sığorta məsləhətçisi tərəfindən paytaxt ərazisində ödənişsiz olaraq sifarişçinin istədiyi yer və zamanda çatdırılır.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN təşkil edir.

"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

"AUTO.AZ" avtomobil internet saytı AUTO.AZ Group şirkətinin tərkib hissəsi olaraq əsas məqsədi Azərbaycanda internet texnologiyaların inkişaf etdirilməsidir.

Xəbər lenti

Xəbər lenti